Fələstinin raket atəşləri nəticəsində azı 34 İsrail vətəndaşı xəstəxanalara yerləşdirilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təcili yardım xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, onlar müxtəlif cür xəsarətlər alanlar və stress vəziyyətində olanlardır. Fələstin silahlıları İsrailin xüsusi təyinatlılarının dünənki əməliyyatda onların 7 döyüşçü yoldaşlarını öldürməsinə cavab olaraq Qəzza sektoruna 300 raket atıblar. Mərmilər Sderot və Aşkelon şəhərlərində avtobusa, yaşayış evlərinə düşüb.
***
İsrailin Qəzza sketorundan atəşə tutulması nəticəsində xəsarət alanların sayı 53 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə İsrailin Təcili Yardım Xidməti "Twitter"də bildirib. Məlumata görə, yaralılardan ikisi kritik vəziyyətdədir. Qeyd edilir ki, yaralıların əksəriyyətinin xəsarətləri yüngüldür. Yerli "News.co.il" isə raket atəşləri nəticəsində 1 nəfərin həlak olduğunu xəbər verib.
Daha əvvəl raket atəşləri nəticəsində 34 nəfərin xəsarət aldığı bildirilirdi.






