İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin müharibə xərcləri AÇIQLANDI

605 14.11.2023 14:46 Dünya A A

İsrail Maliyyə Nazirliyinin hesablamalarına görə, müharibənin hər günü büdcəyə 260 milyon dollara başa gəlir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail hökumətinin cəbhə üçün silahlardan tutmuş ehtiyatda olanların maaşlarına qədər uzun bir xərc siyahısı var.

Eyni zamanda, büdcəni doldurmaq üçün gəlirlər azalıb.

"Bloomberg" yazır ki, İsrail turizmdən əldə etdiyi gəliri itirib, ev təsərrüfatlarının istehlakı da azalır. Artıq ikinci aydır ki, münaqişə ölkə iqtisadiyyatına 8 milyard dollara yaxın ziyan vurub ki, bu da hökumətin gözlədiyindən çoxdur.

Agentlik xəbər verir ki, iqtisadçılar ölkə rəhbərliyini lazımsız xərcləri dayandırmağa çağırıb.

"Shafak News" yazır ki, oktyabrda ölkədə büdcə kəsiri 2022-ci illə müqayisədə 7 dəfədən çox artıb. Noyabrda isə İsrail Maliyyə Nazirliyi 75% daha çox vəsait almağı planlaşdırır.

Qeyd olunub ki, İsraillə HƏMAS arasında müharibənin başlanması təkcə münaqişə tərəflərinə təsir etmir, eyni zamanda qlobal iqtisadiyyatı da təhdid edir.

Bu günlərdə San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti keçirilir. ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, qlobal ictimaiyyət müharibənin davam etdirilməsi ilə bağlı potensial riskləri müzakirə edir.

"Münaqişənin regional böyüməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək vacibdir", - deyə Yellen yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR