İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin müdafiə naziri: “Bütün girovlar azad edilənədək ordu Qəzzanı tərk etməyəcək”

511 26.11.2023 03:00 Dünya A A

HƏMAS tərəfindən saxlanılan bütün girovlar azad edilənə qədər İsrail hərbçiləri Qəzza zolağından çıxmayacaq.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağına səfəri zamanı bildirib.

Y.Qalant vurğulayıb ki, ordu HƏMAS-a təzyiqləri davam etdirəcək:

"Biz bütün girovları qaytarana qədər Qəzzanı tərk edə və müharibəni dayandıra bilmərik".

O əlavə edib ki, anklavda hazırkı humanitar fasilə qısa olacaq və HƏMAS ilə sonrakı danışıqlar atəş altında aparılacaq.\\“Report”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR