İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Kiryat-Yam şəhərində Ermənistanın müharibə cinayətlərinin qurbanları anılıb

476 17.10.2022 15:59 Gündəm A A

İsrailin Kiryat-Yam şəhərində II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində həlak olan mülki vətəndaşların xatirəsi yad edilib.

“Azİz” İsrail-Beynəlxalq Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dünya gözəldir” Qafqaz Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmailovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və İsrail bayraqları, Ermənistanın müharibə cinayətlərini əks etdrən fotomateriallar nümayiş etdirilib.

Bildirilib ki, İsraildə yaşayan soydaşlarımız iki il öncə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olması, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pisləyir, bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçirirlər.

Tədbir iştirakçıları beynəlxalq birliyi bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə, Ermənistanda bu cinayətlərə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR