"Vaksinasiya diqqətdə saxlanmalıdır. Çünki bu, pandemiyadan çıxış yolu üçün əsas amildir".
Musavat.com bildirir ki bu sözləri İsrailin keçmiş müdafiə naziri Ehud Barak VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusunda keçirilən panel müzakirələri zamanı bildirib.
O, əsas diqqətin iqlim dəyişikliyi məsələsinə yönəldilməsinin vacibliyini vurğulayıb:
"Bunun üçün külli miqdarda vəsait ayırmaq lazımdır ki, vəziyyət mümkün qədər qaydasına düşsün.
Hazırda süni zəkanın inkişaf etdirilməsinin şahidiyik. Bu da məhsuldarlığın artması deməkdir. Məhsuldarlığın artması da inflyasiyasının qarşısının alınmasına müsbət təsir göstərəcək”.
Xalidə Gəray
Foto Elçin Əkbərovundur
Musavat.com






