İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin bütün ölkələrdəki səfirlikləri bağlandı

2060 30.10.2019 13:35 Qalmaqal A A

İsrailin dünyadakı bütün səfirlik və konsulluqları İsrail vaxtı ilə 30 oktyabr saat 1: 00-dan etibarən qeyri-müəyyən müddətə bağlanıb.

Konkret.az xəbər verir ki, “The Times of Israel” qəzetinin yazdığına görə, buna uzun müddət davam edən maliyyə mübahisəsi səbəb olub.

Bağlanmasına dair mesajlar sosial şəbəkələrdə diplomatik nümayəndəliklərin səhifələrində də yayımlanıb: “Ziyarətçilərə xidmətlər göstərilməyəcək. Səfirliyə giriş bağlanıb”.

Qəzetin yazdığına görə, səbəb ölkənin Maliyyə Nazirliyi ilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi arasında olan mübahisədən ibarətdir. Diplomatlar və hərbi attaşelər Maliyyə Nazirliyinin xərclərini azaltmaq cəhdlərinə görə tətilə başlayıblar. Agentlik xaricdəki işçilərin əvvəlki köçürülmüş pulları geri qaytarmalı olduqlarını açıqlayıb. Mübahisəli pulların həm səfirlik iqamətgahlarında qəbul üçün, həm də nəqliyyat xərcləri üçün nəzərdə tutulduğu qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR