İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin bu addımı ABŞ-ı HƏYƏCANLANDIRDI

1502 06.11.2023 14:25 Son xəbər A A

ABŞ rəsmiləri on minlərlə odlu silahın İsrailə təhvil verilməsinin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin yəhudi sakinlərinin əlinə keçəcəyindən və orada zorakılığın artmasına səbəb olacağından qorxurlar.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, İsrail hakimiyyəti amerikalı silah istehsalçılarına 24 minə yaxın avtomatik və yarı avtomatik tüfəng sifariş edib. Silahların əsas alıcısı İsrail polisi olmalıdır, lakin İsrail hakimiyyəti avtomatların bir hissəsinin mülki şəxslərə verilə biləcəyini istisna etməyib.

Məlumata əsasən, Dövlət Departamenti daxilində belə bir satışın təsdiqlənməsinin zəruriliyi ilə bağlı fikirlər bölünüb. Bundan əlavə, bəzi amerikalı qanunvericilər Co Bayden administrasiyasından İsrailin sifariş etdiyi silahların yanlış əllərə keçməyəcəyinə dair zəmanət tələb edirlər.

“The New York Times” Yaxın Şərq münaqişəsinin şiddətlənməsinin başlanğıcından bəri Qərb sahilində 150-dən çox fələstinlinin həlak olduğunu, onların bəzilərinin odlu silah sahibi mülki şəxslərlə toqquşmaların qurbanı olduğunu qeyd edir. Dövlət Departamenti qəzetin sorğusuna cavab olaraq bütün silahların İsrailin “Milli Təhlükəsizlik Nazirliyinin (MTN) nəzarətində olan bölmələrinə” göndəriləcəyini bildirib. Lakin oktyabrda bu idarənin rəhbəri İtamar Ben-Qvirin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin yəhudi sakinlərinə silah paylanacağını deməsi fikirləri qarışdırıb. İndi silahların İsrail hakimiyyətinə ötürülməsini tənqid edənlər mülki özünümüdafiə birləşmələrinin fələstinlilərə qarşı həmin silahdan istifadə edəcəyini söyləyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR