İsrailin baş baziri Binyamin Netanyahu, ötən ay istefa verən Rifah və Sosial Xidmətlər naziri Haim Katzın yerinə özünü təyin edərəkl dördüncü nazirliyin də nəzarətini ələ keçirib.
Avropa.info xəbər verir ki, hökumətdən İsrail məclisinə göndərilən rəsmi xəbərdarlıqda 16 avqustda haqqındakı korrupsiya və vəzifədən sui-istifadə iddialarının ardından istefa verən Katzın yerinə Netenyahunun özünü təyin etdiyi bildirilib.
Bu təyinatdan öncə Netanyahu baş nazir vəzifəsi ilə yanaşı müdafiə, səhiyyə və diaspor olmaq üzrə üç nazirlik kreslonu əlində saxlayırdı.






