İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib (FOTO, VİDEO)

1714 02.08.2013 14:06 Son xəbər A A
Azərbaycan İslam Partiyasının (AİP) üzvləri beynəlxalq “Qüds günü” ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyinin inzibati binası qarşısında aksiya keçirməyə cəhd ediblər.

APA-nın məlumatına görə, aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndiriblər.
 
Aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Aksiya iştirakçılarından bir neçə nəfəri Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən APA-ya saxlanılan şəxslərin Yasamal rayonunda yerləşən polis bölmələrinə aparıldıqlarını, onların sayının isə hələ məlum olmadığını bildiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR