İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə əsas mübarizə rusdilli seçicilərin səslərini almaq uğrunda gedir

558 15.09.2019 19:08 Dünya A A

Xəbər verildiyi kimi bu ilin sentyabr ayının 17-də İsraildə parlament seçiləri keçiriləcək.

Əvvəlki dövrlərdən fərqli olaraq yarışın hazırkı baş nazir Beynamin Netanyahu üçün asan olmayacağı bildirilir.

Fransanın “Le Figaro” qəzetinin analitiki Tyerri Oberlenin yazdığına görə, siyasi partiyalar ölkədəki rusdilli əhalinin səslərini almaq uğrunda bir-birləri ilə mübarizə aparırlar.

Burada Benyamin Netanyahunun əsas rəqibi radikal sağ düşərgənin əsas təmsilçisi Aviqdor Liberman sayılır.

“Seçkiqabağı afişalar liderlərin bununla bağlı istəkləri və səviyyəsini göstərir. Hayfaya gedən avtomagistralın üstündə Vladimir Putin və Benyamin Netanyahunun birgə çəkdirdikləri fotonun əks olunduğu plakat durur. Sahildə yerləşən və 270 minlik bu şəhərdə 70 mindən çox rusdilli əhali yaşayır”,-deyə məqalədə qeyd olunub.


Müəllifin bildirdiyinə görə, Aviqdor Liberman seçicilərlə münasibətini özünün yaratdığı “İsrail bizim evimizdir” partiyasının ideologiyasının üzərində qurur. Benyamin Netanyahu isə Rusiya rəhbəri ilə yaxınlığını vurğulayır. Lakin hər ehtimala qarşı Ukraynanın yəhudi əsilli lideri Vladimir Zelenskiyə də rəsmi ziyarət etməkdən çəkinmir.

“Rusiya, Ukrayna və keçmiş SSRİ-nin digər ölkələrindən gələn rusdilli seçicilər İsrailin sağ partiyaları üçün hədəf qruplar sayılırlar. Üstəlik həmin qruplaırn beynəlxalq nüfuz şəbəkələri olduqca qüdrətlidir”,-deyə yazıda bildirilir.

Tyerri Oberlen Aviqdor Libermanın əsasən keçmiş SSRİ-nin yüksək intellekt səviyyəsinə malik ekektoratına üstünlük verdiyini yazıb. Bu insanlar qətiyyən dindar sayılmırlar və qədim yəhudi ənənələrinə uyğunlaşmaqda çətinlik çəkirlər.

“Rusdilli əhali özünü ictimai məsələlər üzrə mövqeyini açıq ifadə etməsinə görə seçilir. Məsələn onlar İsraildə mülki nikahlarının qurulması uğrunda mübarizə aparırlar. İsraildə isə ancaq dini nikaha yol verilir. Evlənmək üçün öncə ravvin şurasından keçməli və yəhudi əsilli olduğunu sübut etməlisən. Rusdilli insanlar isə bu formallıqlara nifrət edirlər”,-deyə yazıda qeyd olunur.

“Aviqdor Libermanın haredimə (haredim-İsraildə ultramühafizəkar dini icmalara və onların üzvlərinə verilən addır-red.) qarşı çıxışları onun tərəfdarlarının xoşuna gəlir”,-deyə məqalədə göstərilib.

“İsrail ordusuna sədaqət vətəndaşlar üçün fundamental dəyər sayılır. Hərbi xidmətdən qaçmaq rüsvayçılıqdır. Ultramühafizəkarlar isə hüquqlar tələb etsələr də öz vəzifə və öhdəliklərini yerinə yetirmirlər. Mən heç vaxt mini ətəkdə haredim məhəlləsinə girmərəm. Lakin onlar da bizim azadlıqlara hörmət etsinlər,”-deyə rusdilli Tatyana adlı seçici müəllifə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR