İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail texnologiyaları Azərbaycanın aqrar sektoruna hansı faydaları verəcək - açıqlama

970 07.04.2022 08:10 İqtisadiyyat A A

Vüqar Bayramov: “Bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının artmasına gətirib çıxaracaq ”

Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə İsrailin kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Rayzone Group” şirkəti arasında sənəd imzalanıb. Həmçinin “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC ilə İsrailin su resurslarının idarə edilməsi sahəsində ixtisaslaşmış “Mekorot” şirkəti arasında imzalanmış sənədlər İsrailin qabaqcıl təcrübəsinin ölkəmizə transferi, texnoloji imkanların genişləndirilməsi, innovativ alətlərin tətbiqi üzrə yeni əməkdaşlıq platforması yaradacaq və hər iki tərəf üçün faydalı olacaq. Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında məlumat paylaşıb.

İsrail coğrafi baxımdan əlverişsiz ərazidə yerləşməsinə baxmayaraq, kənd təsərrüfatı ölkəsinə çevrilə bilib. Bu sahədə çox ciddi nailiyyətlər əldə edib.

Xatırladaq ki, İsraillə Azərbaycanın kənd təsərrüfatı sahəsində əməkdaşlığı xeyli müddətdir başlayıb. 2021-ci ilin oktyabr ayında İsmayıllı rayonunda İsrail istehsalı olan dronların kənd təsərrüfatında tətbiqi ilə bağlı pilot layihə həyata keçirilmişdi.

Bəs İsrail texnalogiyaları Azərbaycanın kənd təsərrüfatına hansı yeniliklər gətirə biləcək?

Azərbaycanın neft gəlirlərində artım var” – Vüqar Bayramov » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Mövzu ilə bağlı iqtisadçı deputat Vüqar Bayramov “Yeni Müsavat”a danışıb:

“İsrail həm texnalogiya, həm də aqrar sektorda daha məhsuldar istehsalın təşkili baxımından xüsusi təcrübəyə malikdir. Baxmayaraq ki, İsrail böyük əraziyə malik deyil, lakin kənd təsərrüfatında xüsusi payı olan ölkələrdən biridir. Bunun da əsas səbəbi odur ki, bu ölkə məhsuldar aqrar sektor qura bilib və məhsuldarlıq yüksək olduğuna görə hər hektardan götürülən məhsulun həcmi kifayət qədər böyükdür. Təbii ki, bu da ona görədir ki, texnologiyadan və innovasiyadan daha sıx şəkildə istifadə olunur.

Azərbaycan üçün aqrar sektorun inkişafı vacibdir. Xüsusən də son hadisələr onu göstərir ki, region və qlobal bazarda ərzaq çatışmazlığı var, həmçinin Ukrayna-Rusiya müharibəsi kontekstində bütövlükdə bazarlardakı qeyri-müəyyənlik artıb, ərzaq məhsullarının qiymətinin yüksələcəyi ilə bağlı tərəddüdlər yüksəlir. Ona görə də bu anlaşma kənd təsərrüfatı məhsullarının istehsalının genişlənməsi və xüsusən də aqrar sektorda məhsuldarlığın artırılması baxımından vacibdir. Çünki aqrar sektorda məhsuldarlığın artırılması hər sentnerə düşən məhsul istehsalının artması və hər hektardan daha çox məhsul əldə etmək imkanı yarada bilər.

Ona görə də gözlənilir ki, İsrail texnologiyaları ilə Azərbaycanın həm aqrar sektorunun texnoloji və innovasiya baxımından yeniləşməsinə, bütövlükdə isə kənd təsərrüfatı məhsulları istehsalının artmasına gətirib çıxaracaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR