İnsanlara hürriyət, millətlərə istiqlal!

İSRAİL RƏSMİSİNDƏN “YENİ MÜSAVAT”a EKSKLÜZİV AÇIQLAMA

2866 30.11.2011 09:58 Gündəm A A
General İsrailə də xəbərdarlıq etməyi unutmayıb: “Əgər İsrail İranla müharibəyə girişməyə hazırlaşırsa, fikrindən dönsün. Savaş başlayarsa, raket atəşinə tutulacaqlar”. Nazir onu da qeyd edib ki, İsrailə 150 min raket zərbəsi vurulacaq. Qeyd edək ki, ekspertlərə görə, rəsmi Tehran 150 min ballistik raketə malik deyil. Ancaq İranın müttəfiqləri “Həmas”, “Hizballah” və Suriyadır. General Vahidinin vəd etdiyi raket zərbələrinin intensivliyini bu üçlüyün bir yerdə təmin etməyə çalışacaqları qeyd olunur.
Məsələ ilə əlaqədar qəzetimizə eksklüziv müsahibə verən İsrail XİN-in sözçüsünün müavini Lior Bendor İranı İsrail və ümumən Yaxın Şərq regionunun sabitliyi üçün təhlükə mənbəyi hesab edir. Cənab Bendor onu da bildirdi ki, İran rejimi sürətlə silahlanır və nüvə qabiliyyətini artırmaqla məşğuldur. “İran İsraili məhv etmək istəyir. Tehran bildirmişdir ki, xərçəng şişi mütləq kəsilməlidir deyə bizim ölkəmizi nəzərdə tutmuşdur” söyləyən XİN nümayəndəsi, İranın holokostun da inkar etdiyini misal gətirdi. Lior Bendor onu da qeyd etdi ki, İran, hətta nüvə silahına malik olmasa da təhlükəlidir. O, Tehran tərəfindən “Hizbullah” və “Həmas” kimi terrorçu təşkilatların maliyyələşdirildiyini qeyd etdi. Maraqlıdır ki, cənab Bendor İran-Qərb qarşıdurmada həmçinin Türkiyə ilə münasibətlərə də toxundu: “İsrail Türkiyə ilə münasibətlərə böyük önəm verir və münasibətlərin bərpa olunacağına ümid bəsləyirik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR