İSRAİL RƏSMİ ŞƏXSLƏRİNİN AZƏRBAYCANA SƏFƏRİNİ YASAQLADI
Yayılan məlumatlara görə, cari həftə ərzində İsrail dövlət qulluqçularının Xəzəryanı dövlətlərə, xüsusilə Azərbaycana və Türkmənistana planlaşdırılan səfərləri ləğv edilib. Ekspertlərin fikrincə, bu İsrail dövlətinin İranın və “Hizbullah”ın terror cəhdlərinə qarşı preventiv addımıdır. Xatırladaq ki, artıq Azərbaycan, Hindistan, Gürcüstan və Tailandda İsrail diplomatik nümayəndələrinə qarşı terror aktları və ya terrora cəhd törədilmişdir.
Fevralın 8-dən isə İsrail tərəfinin xahişi ilə bu ölkənin Ukraynadakı səfirliyi daxili qoşunlar tərəfindən mühafizə olunur. Azərbaycana gəldikdə isə DİN-dən adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, səfirlik diplomatik korpusun mühafizəsi üzrə xüsusi alay tərəfindən qorunur. Mənbənin sözlərinə görə, son terror cəhdlərindən sonra səfirliyin mühafizəsi gücləndirilib.