İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzanı yenidən bombalayıb

392 08.08.2015 19:26 Dünya A A
İsrail dünən axşam saatlarında  Qəzzaya hava hücumu təşkil edib.

Musavat.com xəbər verir ki  Həmasın hərbi təhsil müəssəsinə edilən hücumda aralarında Fələstin polisinin də olduğu ən az dörd nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ciddi olduğu bildirilir.
İsrailli rəsmilərinin verdiyi açıqlamalara  görə hava hücumundan bir neçə saat əvvəl Qəzzadan İsrailə bir raket atılıb. Boş sahəyə düşən raketdən sonra edilən  ikinci raket sınağı isə Fələstin torpaqlarını keçə bilməyib.

Qəzzadan İsrailə ən son 16 İyul tarixində raket atılmışdı. Hər hücumdan Həması məsul tutan İsrail, doqquz ildir 1.8 milyon fələstinlinin yaşadığı bölgəyə embarqo tətbiq edir.

Aygün Səfərli


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR