İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail qəzetindən Merkel və Moqeriniyə qarşı qəribə addım (FOTO)

1375 13.01.2015 22:10 Dünya A A


İsrail qəzetlərindən biri Parisdə Birlik yürüşündən çəkilmiş fotonu üz qabığında yerləşdirib. Amma fotoda qarafik redaktor vasitəsilə dünya liderləri arasındakı qadınların görüntüləri silinib. Musavat.com xəbər verir ki, məlumatı Fox News yayıb.

Üz qabığındakı fotoda Almaniya kansleri Angela Merkel, Parisin meri Ann İdalqo və Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini yoxdur. 

Merkel yürüşdə Fransa prezidenti Fransua Olland və Fələstin lideri Mahmud Abbasın arasında dayanmışdı. Qəetdəki fotoda isə Olland və Abbas yanaşı dayanıblar. 

Müqayisə üçün yürüşdən çəkilmiş fotonun orijinalını və İsrail qəzetindəki variantı təqdim edirik.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR