İSRAİL İRANA QARŞI MƏXFİ SİLAH HAZIRLAYIB
Lakin bu bombaların effektliliyi barədə məlumatlar ziddiyyətlidir. Məlumatlar var ki, ABŞ Yuqoslaviya müharibəsi zamanı elektromaqnit şüalanmasını tətbiq edib. O da məlumdur ki, İraq müharibəsi zamanı amerikanlar belə bir bombanı İraqın informasiya nazirliyinin yerləşdiyi binaya atıblar və onun işini 10 saata kimi iflic edə biliblər. Bundan sonra texniklər aparaturanı bərpa ediblər.
Qeyd edək ki, İsrail İranın nüvə obyektlərinin tezliklə sıradan çıxarılması üçün vaxtaşırı əsas müttəfiqi ABŞ-a təzyiq edir. Ağ Ev isə hərbi variantın tətbiqinin vaxtının çatmadığını, diplomatik rıçaqların tükənmədiyini, İranın isə İraq və Əfqanıstan olmadığını əsas gətirərək rəsmi Təl-Əvivi təmkinli olmağa çağırır. ABŞ-da noyabrın 6-da keçiriləcək növbəti prezident seçkiləri də İrana hava hücumunun ertələnməsinə təsir göstərən amillərdən hesab edilir. Hərçənd, prezident Brak Obamanın seçkilərdə əsas rəqibi, respublikaçı Mit Romni qalib gələcəyi təqdirdə hərbi variant məsələsində Təl-Əvivə daha güclü dəstək verəcəyini vəd edib.
Bu yaxınlarda isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Tehrana qarşı beynəlxalq maliyyə sanksiyalarının nəticələrini də nəzərə almaqla belə bir açıqlama yaymışdı ki, İran yaxın 2 ildə nüvə silahı əldə etmək iqtidarında olmayacaq. Bu, İsraili sakitləşdirməklə yanaşı, məsələnin hərbi yolla həllinin gündəmdə olmadığını göstərir - əgər təbii ki, İran rəhbərliyi özü Amerikanı və İsraili provokasiyaya çəkməsə.
Bu qənaəti ABŞ dövlət katibi Hillari Klintonun Amerikadakı Bloomberg Radio-suna verdiyi son müsahibə də təsdiqləyir. Klinton deyib ki, “Birləşmiş Ştatlar İran üçün sərt çərçivə müəyyən eləmək niyyətində deyil, hansı çərçivədən çıxma ki, hərbi əməliyyatlara gətirəcək”. Dövlət katibinin fikrincə, danışıqlar İranın nüvə ambisiyalarından doğan böhrandan çıxış üçün ən yaxşı üsul olaraq qalır.
Əlavə edək ki, Klinton bu sözləri İsrail baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramının beynəlxalq birlik tərəfindən qəbuledilməz sayılacaq fazası üçün “qırmızı xətləri” müəyyən etmək çağırışına cavab olaraq deyib.