İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hərbçiləri Qəzzada 22 fələstinlini yaralayıb

321 24.02.2018 06:17 Dünya A A

İsrail əsgərləri Fələstinin Qəzza bölgəsində ABŞ-ın Qüdslə bağlı qərarına etiraz əlaməti olaraq keçirilən aksiyalarda 22 fələstinlini yaralayıb.

"Report" "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qedra bildirib.

O, qeyd edib ki, 7 fələstinli Jabaliada, 6 nəfər Qəzzada, 5 etirazçı Bureijdə, 4 nəfər isə Han Yunus ərazisində xəsarət alıb.

Qeyd edək ki, artıq bir neçə aydır ABŞ rəhbərliyinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi qərarına etiraz olaraq Qəzzada etiraz aksiyaları keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR