İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb- YENİLƏNİB

1072 08.06.2018 22:32 Son xəbər A A

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 4 fələstinli ölüb, 600-dən çoxu yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə WAFA agentliyi Fələstinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Agentliyin məlumatına görə, İsrail əsgərləri Qəzza sektorunun cənubundakı Xan-Yunis yaşayış məntəqəsində 15 yaşlı yeniyetməni güllələyiblər. Həmin ərazidə polislə toqquşmalarda ağır yaralanmış daha bir ərəb ölüb.

Daha 2 nəfər isə sektorun inzibati mərkəzi Qəzza yaxınlığındakı şəhərdə və Cabaliidə öldürülüb.

***

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb, 500-dən çoxu yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR