İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail HƏMAS-ın şimal briqadasının qərargahında əməliyyat keçirdiyini açıqlayıb

328 23.11.2023 00:17 Dünya A A

İsrail ordusunun “Qivati” briqadasının hərbçiləri Qəzza zolağının şimalında HƏMAS-ın şimal briqadasının qərargahında əməliyyat keçirib, bir zastava və onlarla silahlı məhv edilib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun teleqram kanalında məlumat verilib.

“Qivati” briqadasının döyüşçüləri Qəzza zolağının şimalındakı Şeyx Zayed bölgəsində yerləşən HƏMAS-ın şimal briqadasının qərargahında əməliyyat tədbirləri həyata keçirib... Əməliyyat zamanı hərbçilər onlarla terrorçunu məhv ediblər. Əməliyyat nəticəsində əsgərlər zastavanı məhv ediblər”, - məlumatda deyilir.

İsrail Ordusnun məlumatına görə, Şeyx Zayed bölgəsində çoxlu sayda yüksək vəzifəli HƏMAS üzvü yaşayır. Bundan əlavə, eyni bölgədə başqa bir əməliyyat zamanı “Qivati” əsgərləri HƏMAS yaraqlıları tərəfindən oktyabrın 7-də məscidə hücumda istifadə olunduğu güman edilən avtomobildə çoxlu sayda silah aşkarlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR