İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

1964 25.11.2016 20:54 Gündəm A A
İsrailin Xarici İşlər Nazirliyi ölkənin şimalında baş vermiş yanğınların söndürülməsində kömək göstərən dövlətlərə təşəkkür edib.

"Report"un verdiyi məlumata görə, İsrail tərəfi Azərbaycan, Türkiyə, Yunanıstan, Kipr, Xorvatiya, İtaliya, ABŞ, Fransa və Rusiyanın kömək göndərdiyini açıqlayıb.

İsraildə bu həftə baş verən meşə yanğınları eyni vaxta ölkənin bir neçə rayonuna yayılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qüds yaxınlığında yerləşən Nataf qəsəbəsindəki, eləcə də Təl-Əviv və Qüds arasında yerləşən Latrun bölgəsində meşə yanğınları ilə mübarizə aparırlar. Hazırda yanğın ölkənin şimalında Hayfa, Hadera və Zixron-Yaakov şəhərlərində tüğyan edir. 

Xatırladaq ki, noyabrın 25-də Azərbaycan yanğının söndürülməsinə kömək etmək üçün İsrailə yanğınsöndürən təyyarə göndərib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR