Rusiya İsrailin işğalı altında olan şərqi Qüdsdəki fələstinlilərə məxsus evləri dağıtmağı dayandırmağa çağırıb.
Rusiyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada İsrailin bu addımının beynəlxalq hüquqa zidd oduğu bildirilib.
Türkiyə isə İsrailin bu addımını onların işğalçı və qəsbkar siyasətlərinin təzahürü kimi qiymətləndirdi.

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada qeyd olunur:
“İsrailin işğal altında saxladığı şərqi Qüdsdə fələstinlilərə məxsus evləri dağıtması işğalçı və qəsbkar siyasətlərinin bir təzahürüdür. Qüdsün demoqrafik quruluşunu dəyişməyə yönəlmiş bu addımı şiddətlə qınayırıq. İki dövlət arasında yaşanan gərginliyi daha da alovlandıran bu addıma son verilməlidir”.

Türkiyə və Rusiyadan sonra Almaniya, Fransa, İngiltərə və İspaniya hökumətləri də İsrailin fələstinlilərə qarşı bu addımını qınadıqlarını bildiriblər.
Bu dövlətlərin yaydığı birgə açıqlamada deyilir: “Almaniya, Fransa, İngiltərə, İspaniya İsrailin şərqi Qüdsdə yaşayan fələstinlilərin evlərini dağıtmasını sərt şəkildə qınayır. Hələ də iki dpvlət arasında yaşanan bu gərginlik bizim narahatlığımızı daha da artırır. İsrail dövlətinin bu özbaşına addımları beynəlxalq qanunlara ziddir”.
Qeyd edək ki, İsrail şərqi Qüdsdə yaşayan fələstinlilərin evlərini yıxmasını onların sənədsiz olması ilə əlaqələndirib.
Məleykə Ağasoy,
Musavat.com






