İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail baş naziri: "İran İsrailin varlığı üçün təhdiddir və biz bu təhdidin qarşısını almaqda qərarlıyıq"

737 21.12.2018 12:38 Dünya A A

İsrail baş naziri Benyamin Netanyahu ABŞ-ın Suriyadan çəkilməsindən sonra da İranın hədəflərinə yönəlik hücumlarını davam etdirəcəklərini və bununla bağlı rəsmi Vaşinqtonun dəstəyini aldıqlarını bildirib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, İsrail hökumətindən yayılan yazılı açıqlamada Netanyahu İranın Suriyada yerləşməklə bağlı cəhdlərinə qarşı hərbi əməliyyatları sərt şəkildə davam etdirəcəklərini vurğulayıb. İsrail baş naziri ölkəsinin iki qonşu arenada (Livan və Suriya) fəaliyyətlərini nəinki azaltmağı, hətta artırmağı düşündüklərini söyləyib. Baş nazir bununla bağlı ABŞ-dan tam dəstək aldıqlarını sözlərinə əlavə edib.

Ekspertlər İsrail hökuməti tərəfindən gələn açıqlamanın ABŞ-ın Suriyadan çəkilmək barədə aldığı qərarından sonra yaydığına diqqət çəkirlər.

Netanyahu hələ dünən jurnalistlərə verdiyi açıqlamada Vaşinqtonun bu barədə ilk öncə İsraili xəbərdar etdiyini söyləmişdi. O, Vaşinqtonun bölgədəki nüfuzunu davam etdirmək üçün başqa yollara malik olduğunu bildirib.

Netanyahu İranın Suriyanı İsrail üçün ölüm bazasına çevrilməsinə və nüvə silahına malik olmasına izn verməyəcəklərini söyləyərək rəsmi Tehranı bu sözlərlə təhdid edib: “İran İsrailin varlığı üçün təhdiddir və biz bu təhdidin qarşısını almaqda qərarlıyıq”.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR