İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail AŞPA-nın “sünnət” qətnaməsinə qarşı çıxıb

1534 04.10.2013 22:00 Gündəm A A
İsrail Xarici İşlər Nazirliyi (XİN) bu gün Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) müraciət edərək körpə oğlan uşaqlarına dini məqsədlə sünnət edilməsini tənqid edən qətnaməni ləğv etməyi tələb edib. ANS PRESS İsrail mətbuatına istinadən bildirir ki, Təl-Əviv qətnaməni AŞPA-nın “etibarına ləkə” kimi dəyərləndirib. 

Qurum bu həftə qəbul edilmiş sənəddə yəhudilərin və müsəlmanların dini adəti olan sünnəti “uşaqların fiziki toxunulmazlığına qarşı zorakılıq” kimi dəyərləndirib. AŞPA öz üzvlərinə uşaqlara qarşı bu cür əməliyyatlar keçirilməsinə mane olan qanunlar qəbul edilməsini tövsiyyə edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR