İspaniyanın Mərkəzi Bankının saytı xaker hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, xakerlərin hücumu nəticəsində avqustun 26-dan istifadəçilər saytdan istifadə edə bilmir.
Bildirilir ki, texniki xidmət hücumun nəticələrini aradan qaldırmaq üçün işləməyə davam edir. Mənbələrin sözlərinə görə, hücumun məqsədi Mərkəzi Bankın saytını sıradan çıxarmaq olub.
Qeyd edilir ki, xaker hücumu sayta və onun məlumat bazalarına ciddi zərər vurmayıb, həmçinin hər hansı informasiya sızması riski yoxdur.
Hücumun hansı qruplaşma tərəfindən edildiyi hələki müəyyən edilməyib, lakin bəzi məlumatlara görə, onlar "Anonymous" qruplaşmasına aid ola bilərlər.






