İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya hökumətinin başçısı nə seçkilər keçirilməsini istəyir, nə də koalisiya yaradılmasını

246 03.09.2019 18:19 Dünya A A

İspaniya hökumətinin başçısı Pedro Sançes ölkədə yeni parlament seçkiləri keçirilməsini istəmir.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, Sançes “Podemos” partiyasının koalisiya yaratmaq təklifini də rədd edib.

Pedro Sançes hökumətə başçılıq etmək üçün artıq iki dəfə parlamentin razılığını ala bilməyib. Solçu “Podemos” partiyası ona etimadsızlıq göstərir.

Sançesin fikrincə, İspaniyaya elə hökumət lazımdır ki, onun əsasını ümumi proqram təşkil etsin. Bu cür proqram hazırlanana qədər Sançes başqa partiyaların nümayəndələri ilə danışıqlar aparmaq niyyətindədir. Bundan ötrü onun sentyabrın 23-nə qədər vaxtı var. Əgər sentyabrın 23-nə qədər Sançes hökumət ilə razılığa gələ bilməsə, onda Kral VI Filip parlamenti buraxmağa məcbur olacaq və noyabr ayında yeni seçkilər keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR