İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda qeyri-adi hadisə: 6 ayaqlı quzu - VİDEO – FOTO

976 15.01.2019 15:22 Ölkə A A

Maraqlı hadisə İsmayıllı Rayonunun Tircan kəndində baş verib.

ARB TV xəbər verir ki, kənddə maldarlıqla məşğul olan kənd sakini Əzim Həsrətov səhər saatlarında heyvanları örüşə aparmaq məqsədi ilə fermaya girib. Qarşılaşdığı mənzərə onu heyrətləndirb. Bir ana qoyun iki əkiz bala dünyaya gətirib. Bir bala digər baladan fərqli olaraq altı ayaqlı dünyaya gəlib. Fermer ilk dəfədir ki, bu cür faktla rastlaşdığını deyir.

Əzim Həsrətov – fermer: “Səhər saat 08:00-da qara quzu dünyaya gəldi, 15 dəqiqə sonra isə bu quzu doğuldu. Gördüm 6 ayağı var. Fikirləşdim bu ayağa durmaz, biraz sonra qalxıb anasını əmdi”.

Baytar həkimlərsə quzunun ayaqlarının amputasiya olunacağı təqdirdə digər quzular kimi yaşamını normal davam etdirə biləcəyini deyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR