İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

227 13.08.2021 11:05 Son xəbər A A

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun İvanovka kənd sakini İvan Prokofyevin infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR