İnsanlara hürriyət, millətlərə istiqlal!

İsmayıllıda çürümüş meyit tapıldı: Yaxınları axtarılır - FOTO

782 25.07.2023 17:35 Hadisə A A

İyulun 20-də İsmayıllı rayonunun Diyallı kəndi ərazisində 25-40 yaşlarında olduğu ehtimal edilən naməlum kişi meyiti aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, kimliyi istintaqa məlum olmayan şəxsin üzərində yaxasında ağ zolaqlar olan qara rəngli köynək, açıq göy rəngli şalvar və 39 ölçüdə qara ayaqqabı olub.

Bu şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (050) 280-45-00 və (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR