İnsanlara hürriyət, millətlərə istiqlal!

İşlədiyi şirkətin külli miqdarda pulunu mənimsəyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

1106 16.10.2018 11:17 Kriminal A A

Mənimsəmədə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R.Səmədova şərti cəza verilib.

Məlumata görə R.Səmədov "Kartaş" MMC-də satış meneceri işləyən zaman şirkətin külli miqdarda pulunu mənimsəyib. Belə ki, o, şirkətdə çalışdığı dövrdə 300 min manatdan artıq pulu mənimsəmə yolu ilə ələ keçirib.

MMC-nin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasənda saxlanılan R.Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Səmədov "Kartaş" MMC-yə dəymiş ziyanı ödəyib və şirkətlə barışıq əldə edib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

İlkin Muradov
Musavat com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR