İnsanlara hürriyət, millətlərə istiqlal!

İslamiada: Azərbaycanın həndbol yığması növbəti qələbəsini qazanıb

365 09.08.2022 21:50 İdman A A

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, yığma B qrupundakı ikinci matçında Əfqanıstan seçməsi ilə qarşılaşıb. Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 43:9 hesablı qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR