İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam Manafov və ailəsi “Evdə qal” kampaniyasına dəstək olaraq onlayn konsert veriblər - FOTOLAR

646 13.04.2020 20:13 Gündəm A A

Dünyada öz mənfi təsirini göstərən COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Evdə qal” kampaniyasına dəstək olaraq Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov, Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə və piano müəllimi Şükufə Manafova Türkiyədən onlayn konsert veriblər.

Bu barədə AZƏRTAC-a müsahibə verən Turan Manafzadə konsertin tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandığını və çox sayda təşəkkür mesajları aldıqlarını bildirib.

O deyib: “Beynəlxalq MBA təhsili aldığım Türkiyənin Baxçaşəhər Universitetinin rəsmi “Instagram” səhifəsi üzərindən ailəliklə canlı piano konserti verdik. Hər kəsin evdə qaldığı bu günlərdə musiqimizi insanlara eşitdirməyə davam edəcəyik. Hazırda insanların mənəvi dəstəyə ehtiyacı var. Musiqi isə ruhun qidasıdır. Bundan əvvəl də öz rəsmi internet səhifəmiz vasitəsilə konsertlərimiz olub.

Bu ənənəni davam etdirmək niyyətindəyik. Hazırda bütün dünyada həyat sosial mediaya daşınıb. Bu səbəbdən hər zaman verdiyimiz konsertlərimizi, eləcə də piano dərslərimizi onlayn platformada davam etdiririk. Bu təşəbbüs Türkiyə mətbuatının da diqqətini cəlb edib”.

Qeyd edək ki, bu ənənə Manafovlar ailəsinin Vyanada yaşayan üzvü bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə tərəfindən davam etdirilir.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR