İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam Əməkdaşlıq Təşkilatından Almaniyaya sərt etiraz - ''Niyə Xocalını soyqırım kimi tanımırsınız?''

2116 06.06.2016 15:42 Son xəbər A A

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumu (İKGF)  Almaniya parlamentinin saxta "erməni soyqırımı" qətnaməsini tanımasına sərt reaksiya verib.

Avropa.info xəbər verir ki, təşkilatın yaydığı bəyanatda  qətnamənin müsəlman və türklərə qarşı yönəldildiyi bildirilir. 
 
"Bu qərar, xüsusilə Almaniyada yaşayan milyonlarla türk mənşəli alman vətəndaşını, ümumilikdə isə Avropada yaşayan müsəlman icmalarını  hədəf halına gətirmə məqsədi daşıyır.


Ermənistanın 1992-ci ildə  Azərbaycanın Xocalı qəsəbəsində törətdiyi soyqırım və 1915-ci ildə erməni dəstələrinin Anadoluda müsəlman türklərə və kürdlərə qarşı terrorçu fəaliyyətləri, alman parlamenti tərəfindən heç bir zaman qınamadı və göz yumuldu.
 
Tətbiq olunan ikili standartın sübutu olan bu  qərar, Türkiyə üzərində siyasi təzyiq qurmağı hədəf seçən siyasi bir qərardır" deyə bəyanatda qeyd olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR