İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD-in Səudiyyə üzrə lideri şiələrin axırına çıxmağa çağırdı

2247 30.05.2015 21:48 Xəbər xətti A A

İŞİD terror qruplaşmasının Səudiyyə Ərəbistanındakı qanadının lideri öz tərəfdarlarını Ərəbistan yarımadasındakı bütün şiələri məhv etməyə çağırıb. 

Musavat.com-un məlumatına görə, bu barədə “Reuters”in yaydığı məlumatda bildirilir ki, özünün video-müraciətində radikal-terrorçu bəyan edib ki, “şiələr kafir və münafiqdir, onların qanını tökmək, malını ələ keçirmək olar”.

“Əgər onlar Məhəmmədin yarımadasında öz dinsizlikləri ilə yaşamaqda davam edəcəklərsə, necə olacaq”, - deyə terrorbaşı sual edib.

Qeyd edək ki, Ərəbistan yarımadasının 77 milyonluq əhalisinin ən azı 10 milyonu şiədir və onların da çoxu Yəməndə yaşayır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR