İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD-in "Qafqaz əmiri" kimi təqdim olunan azərbaycanlı Bakıda üzə çıxdı - "Yayılan xəbərlər yalandır..." (Foto)

3834 10.10.2016 16:20 Son xəbər A A
Bir neçə gün öncə, Türkiyənin məşhur  "Yeni Safak" qəzeti Azərbaycan vətəndaşı  Zamin Piriyev və onunla birlikdə 5 nəfərin Yalova şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində həbs olunduğu haqda xəbər yayıb. 

Avropa.info-nun "Yeni Şafak" qəzetinə istinadən yaydığı xəbərdə bildirilirdi ki, təxminən bir həftə öncə Türkiyəyə gələn Piriyev Yalovada keçirilən xüsusi əməliyyat zamanı polis tərəfindən saxlanılıb. 

Onun  Suriyanın Raqqa şəhərindən gələn  İŞİD  üzvləri ilə görüşdüyü və Çiftlikköy qəsəbəsində bir evdə qaldığı qeyd olunurdu.  Zamin Piriyevi  İŞİD-in Qafqaz  əmiri  adlandıran qəzet, onların Türkiyədə genişmiqyaslı partlayışlar hazırladığını bildirirdi.

Bu gün Avropa.info-ya müraciət edən, adı İŞİD-lə birlikdə çəkilən Zamin Piriyev yayılan məlumatların yanlış olduğunu, hazırda Bakıda yaşadığını bildirib.

Onun  dediyinə  görə,  bir müddət öncə səhhətində yaranan problemlə bağlı müalicə üçün Türkiyəyə gedib. 

"Türkiyənin  Yalova şəhərinə müalicə üçün getdim və orada bir neçə il öncə, Türkiyəyə köçmüş bir dostumun evində qalırdım. Mən orada qalarkən qonşuların binada yaşayan bir neçə nəfərdən şikayəti əsasında Yalova  Terrorla Mübarizə idarəsinin əməkdaşları binada əməliyyat keçirdilər.Əməliyyat nəticəsində binada  yaşayan çoxlu sayda insan, o cümlədən mən də şübhəli şəxs qismində polis idarəsinə aparıldıq. Araşdırma nəticəsində mənim heç bir təqsirimin olmadığı üzə çıxdı və polisdən buraxıldım. Bundan sonra, sentyabr ayının 7-də təyyarə ilə Bakıya qayıtmışam. 

Mənim  İŞİD-lə heç bir əlaqəm yoxdur və ola da bilməz. Sizin saytınızda Türkiyə mətbuatına istinadən bu xəbər yayıldıqdan sonra  ailə üzvlərim şok yaşayıblar. Xəbərlərdən sonra anam xəstələnib və gecə onun üzərinə təcili yardım gəlib. Ailə üzvlərim bu xəbərlərdən dərin narahatlıq keçiriblər",- deyə Priyev bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR