Filippinin baş prokuroru Xose Kalida Mindanao əyalətində baş verən hadisələrlə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib ki, bölgədə baş verənlər yerli əhalinin üsyanı deyil. “Xarici terrorçular regionu işğal etmək estəyir, onlar Mindanaonu xilafətin tərkib hissəsi kimi yaratmaq istəyirlər” – baş prokuror bildirib.
İŞİD Yaxın Şərqdə olduğu kimi cənub-şərqi Asiyada hələ ki, xilafətin vilayatini elan etməsə də, analitiklər bunun sadəcə vaxt istədiyini bildirir.
Son zamanlar İŞİD-nin təsiri cənub-şərqi Asiyada yayılmaqdadır. Sinqapurda yerləşən Siyasi şiddət və Terrorizmın Araşdırılması üzrə Beynəlxalq Mərkəzin rəhbəri Rohan Qunaratna hesab edir ki, regionda 60-dan çox təşkilat xəlifə Əbubəkir əl-Bağdadiyə beyət edib.
Keçən həftə İndoneziyanın paytaxtı Cakartada baş verən intihar hücumları buna dair iddiaları təsdiqləyir. Yerli indoneziyalalılar tərəfindən intihar hücumlarının təşkil olunmasına baxmayaraq, Cakarta polisi İŞİD-lə bağlı olduğunu bildirmişdi.
Malayziyada terrorizmlə mübarizə təşkilatı altı nəfər İŞID-a bağlı terrorçunu xüsusi əməliyyat keçirərək tuta bilmişdi.
Fillipində son zamanlar şiddət hadisələrini törədən qruplaşmalarla İndoneziya və Malayziyadakı terror qrupları arasındakı əlaqə genişlənməkdədir.
Ceyns terrorizm və üsyan mərkəzinin baş analitiki Otso İhoya görə, qruplar arasında artan əməkdaşlıq “regionda, xüsusilə də cənubi Filippində daha da birləşmiş islamçı cəbhənin yaradılmasında” atılan böyük addımdır.
Cakartada yerləşən Konfliktlərin siyasi analizi institutunun yaydığı hesabata görə, İŞİD cənub-şərqi Asiyadakı ekstremist qruplaşmalarla əməkdaşlığını daha da dərinləşdirib.
“Coğrafi və suverenlik məsələləri, torpaqlara olan iddialar və regional siyasətla bağlı rəqabət müəyyən qədər regional əməkdaşlığın əldə olunmasında əngəl törədir” - siyasi analitiklər Jasminder Sinqh və Məhəmməd Haziq Xani keçən il yaydıqları bəyənatda qeyd ediblər (CNN).
Əgər buna qarşı bir tədbir görülməsə cənub-şərqi Asiya regionunun Əfqanıstan və Pakistan kimi olacağı bildirilir.
Xüsusilə də Mindanaodakı hadisələr bu riski daha da artırır. Uzun müddətdir ki, bu ərazi konflikt zonasıdır. BMT-nin Dünya Ərzaq Proqramının yaydığı hesabatda bildirilir ki, 2000- 2008-ci illərdə baş verən konfliktlər nəticəsində təxminən bir milyon əhali bölgəni tərk edib. Qeyri-sabitlikdən əlavə Fillipin, Malayziya və İndoneziya arasındakı dəniz sərhədlərindəki boşluqlar regionu qaçaqmalçılıqla, narkotik maddə ticarəti ilə məşğul olan dəstələrin girməsi, dəniz quldurlarının yerləşməsi və terrorçu qrupların fəaliyyəti üçün ideal zonaya çevirib.
İŞID şərqə doğru irəliləyir
2016-cı ildə yayılan videoda görünür ki, əksəriyyəti yeniyetmə olan silahlı şəxslər İŞİD rəhbəri əl-Bağdadiyə biət etdiklərini bəyan edirlər. Videoda malayziyalı döyüşçü elan edir ki, Yaxın Şərqə gedə bilməyənlər Filippinə getsinlər. Daha sonra videoda göstərilir ki, bir malayziyalı, indoneziyalı və fillipinli əsir aldıqları üç xristianın başını kəsirlər.
Araşdırmalara görə, İŞİD cənub-şərqi Asiyada döyüşçüləri yetişdirmək üçün “Xatibah əl-Mühacir”, yəni miqrant briqadası yaradıblar. “Təxminən 500-ə yaxın malayziyalı - potensial xarici cihadçı Fillipinə göndərilib və silahlandırılıblar” – analitiklər Sinqh və Bin Jani hesabatda bildiriblər. Briqadanın rəhbəri Hapilondur.
FTB-nin verdiyi məlumata əsasən, 51 yaşlı Hapilon Mindanaodakı Sulu arxipelaqının adası Basilandandır. O, Əbu Səyyaf terror qrupunun komandiri kimi məşhurlaşıb. Onun hansı dinə sitayiş etdiyi bəlli olmasa da, 2016-cı ildə İŞİD ona əmir rütbəsi verib (CNN).
Geri qayıdan İŞİD-çilər region üçün təhdiddir
Hapilonun timsalında regional terrorçular indiki anda daha da əhəmiyyətini artırıb. Ekspertlərin rəyinə görə, Suriyada və İraq məğlub olan İŞİD liderliyi diqqəti cənubi Filippinlərə yönəldəcək. Onların nə Bağdadi tərəfindən göndərilmələrinin, nə də regiona qaçan döyüşçülər olmasının fərqi yoxdur. Region üzrə narahatlığa əsas verən məsələ İŞİD üzvlərinin regiona gətirdikləri ideologiya və təcrübələridir.
Karnec konsulunun veridiyi məlumata görə, 1000 nəfərə yazın cənub-şərqi asiyalı İŞİD-nin nəzarət etdiyi torpaqlara gedib. Bu döyüşçülərin geri qayıtması isə region üçün təhlükəli hesab edilir.
Avstraliya baş prokuroru Corc Brandis geri dönəcək İŞİD üzvlərinin qayıtmasını regionun təhlükəsizliyinə təhdid oluşduracağını bildirib. O, deyib ki, bu məsələ Asiya təhlükəsizlik nazirlərinin ilin sonlarına doğru baş tutacaq iclasında müzakirə edilməlidir.
“Hökumətlər geri qayıdanlardan dolayı yaranacaq təhlükəyə qarşı ayıq olmalıdırlar” – Sinqapurlu analitik Bin Jani deyib.
Musavat.com






