İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD iki həftə öncə yayınladığı afişada "Rusiyanı yandıracağıq" yazıb - İDDİA, FOTO

5517 03.04.2017 20:42 Dünya A A

Rusiyanın Sankt Peterburq şəhərinin iki müxtəlif metro stansiyasında törədilən partlayışın iki həftə əvvəl yayınlanan bir afişada İŞİD tərəfindən hədəf göstərildiyi iddia olunub.

 

Musavat.com xəbər verir ki, bu iddia “sabah.com.tr” saytında yer alıb. Saytın məlumatına görə, “Rusiyanı yandıracağıq” yazılı afişaya görə bu gün törədilən partlayışda İŞİD-in barmağı olduğu iddia edilir.

Son məlumatlara əsasən, partlayış zamanı 10 nəfər həyatını itirib, 50 nəfər isə yaralanıb. Rusiya baş prokurorluğu hadisəni terror aktı adlandırıb.

 

unnamed (3).jpg (26 KB)



Aygün SƏFƏRLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR