İŞİD hotelə hücum çəkərək 39 nəfəri qətlə yetirib - Həmin anların VİDEOSU yayıldı
Tunisin Sus şəhərində İŞİD-in hotelə hücumu nəticəsində 39 nəfər ölüb, 36 nəfər isə yaralanıb.
Musavat.com xəbər verir ki, hadisə iyunun 27-də baş verib. Silahlılar “Imperial Marhaba” və “Soviva Resort” hotellərinin yaxınlığındakı çimərliyə hücum edərək oradakı insanlara atəş açıblar. Terrorçuların çimərliyə hava ilə doldurulan qayıqla gəldiyi ehtimal edilir. Ölənlər arasında Almaniya və Böyük Britaniya vətəndaşları var.
Bu gün isə hadisə zamanı orada olan insanlardan birinin çəkdiyi videogörüntülər yayılıb. Həmin videonu sizlərə təqdim edirik:
Musavat.com






