İŞİD-ə qoşulmaq istəyən rus tələbə qız mədrəsəyə götürülə bilər
Rusiya Müftilər Şurası Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin tələbəsi, İŞİD-ə qoşulmaq istəyən, lakin Türkiyə-Suriya sərhədində saxlanılan Varvara Karaulovanı müsəlman təhsil müəssisəsi olan mədrəsəyə qəbul olunmasını təklif edib. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, mədrəsə orta məktəb və müsəlman ruhani seminariyası rolunu oynayır.
“Bizim ünvana bu xüsusda hansısa müraciət olarsa, mütləq müsbət cavab olacaq. Hər halda, məqsədimiz və vəzifəmiz insanların hansısa radikal və terrorçu ideyaların təsiri altına düşməməsi üçün onlara islamla bağlı düzgün istiqamət verməkdir”, – deyə Şuranın sədr müavini Rövşən Abbasov rus radiosuna bildirib. Onun sözlərinə görə, islamın təvsirində təhsil müəssisələrinin böyük rolu var.
“Bu, ondan ötrü lazımdır ki, insanlar onu sərbəst şəkildə internetdən öyrənməsinlər - harda ki, aza bilərlər və hansı halı ki, biz bu gün müşahidə edirik” - əlavə edib din xadimi.
Xatırladaq ki, V.Karaulovanın Türkiyədən Rusiyaya deportasiya ediləcəyi gözlənilir.
Musavat.com






