İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD Almaniya prezidentinə qarşı sui-qəsd hazırlayırmış

626 23.05.2015 21:16 Dünya A A


İsveçrədə "İraq Şam İslam Dövləti" terror təşkilatının üzvü olduğu ehtimal edilən şəxsə qarşı istintaq aparılır. Onun Almaniya prezidenti Yoahim Qauka qarşı sui-qəsd hazırlığında olduğu bildirilir. Musavat.com xəbər verir ki, məlumatı "Berliner Morgenpost" və "Der Westen" qəzetləri yayıb. 

Ehtimal olunan terrorçu İraq vətəndaşıdır. O, 2014-cü il martın 21-də həbs edilib. Üzərində axtarış aparılarkən ondan mobil telefon götürülüb. Telefonun kartoqrafik xidmətində Suriya ərazisində əvvəllər terror aktı törədilmiş üç, Almaniyada isə üç yer müəyyən edilib. Almaniyadakı yerlər arasında Almaniya prezidenti Yoahim Qaukun Berlin iqamətgahı da var. Bu, qəzetlərə Almaniya prezidentinə qarşı terror aktının hazırlanmasını ehtimal etmək üçün əsas verib. 

Almaniyanın Karlsrue prokurorluğunda İŞİD-çinin istintaqı barədə məlumatı təsdiqləsələr də, istintaqın gedişi barədə heç bir məlumat verməyiblər. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR