İSGƏNDƏR HƏMİDOV 12 İL ÖNCƏNİN “TƏMİZ SÖHBƏT”inə REAKSİYA VERDİ
Mir Şahinin bu barədə sualına Ə.Elçibəyin cavabı belə olub: “Mürəkkəb məsələydi. İsgəndər Həmidov dedi ki, Kəlbəcər gedəndən özümü mənəvi cəhətdən sınıq hiss edirəm. Artıq öz adamlarıma əmr verə bilmirəm. Əmrlərim yumşaq çıxır... Görürəm ki, Kəlbəcər getdiyinə görə əmrlərimin effekti düşüb...” Jurnalistin “Doğrudanmı, bu lirik-sentimental iddia səbəb oldu ki, prezident öz daxili işlər nazirini istefaya göndərsin” sualına isə eks-prezident belə cavab verib: “Bəlkə elə səbəblər var idi. Həmidov açıqlamadı. Istefasını qəbul etmədim. Dedim ki, yerinə müavinlərindən birini qoy, get dincəl, gəl işini gör. Getdi üç-dörd gün fikirləşdi. Sonra gəldi ki, qəti qərar qəbul etmişəm. Cavab verdim ki, olmaz! Belə ağır vəziyyətdə getməməlisiniz. Prezident otağında pəncərə açıq idi. Gedib pəncərənin qabağında dayanıb dedi: ”İstəyirsən, özümü bu pəncərədən atım, balalarım yetim qalsın? Sənin mənimlə nə qəsdin var?" Çox əsəbi və gərgin vəziyyətdə idi. Uzünə sanki qan çilənmişdi. Bundan sonra dedim, özün bilərsən, müqavimət göstərmədim".
Düzdür, bu veriliş əvvəllər də efirə verilib və sözügedən məsələ barədə diskussiyalar olub. Ancaq söhbət ilk dəfə tamaşaçıya təqdim olunduğu vaxt İ.Həmidovun həbsdə olması onun özündən deyilənlərə münasibət öyrənməyi mümkünsüz edirdi. Sonrakı vaxtlarda ya diqqətsizlikdən, ya da zərurət yaranmadığı üçün keçmiş nazirin məsələyə münasibətini almaq imkanı olmayıb. Bu mənada mərhum Elçibəyin dediklərinə İsgəndər bəyin fikrini öyrənmək istədik.
İ.Həmidov Kəlbəcərin işğalının onu sarsıtdığını etiraf etdi. Ancaq qeyd etdi ki, istefa vermək qərarına hələ işğaldan bir neçə ay əvvəl gəlibmiş: “Kəlbəcər elə bir strateji mövqedə idi ki, ermənilər onu işğal etməsəydi, sakitlik əldə edə bilməzdilər. Bu mənada düşmən mütləq bu strateji mövqeni ələ keçirməli idi. Hələ Kəlbəcərin işğalından iki-üç ay əvvəl mən təkliflərimi Prezident Aparatına təqdim etmişdim və orda Kəlbəcərin işğal oluna biləcəyi barədə xəbərdarlığımı da bildirmişdim. Mənə dedilər ki, Kəlbəcərlə məşğul olurlar”. Bununla belə, sabiq nazir özünü pəncərədən atmaq istəməsi barədə deyilənləri təsdiqləmədi: “Mən heç vaxt özümü pəncərədən atmaq fikrinə düşməmişəm və heç vaxt da özümü pəncərədən atmaram. Əksinə, kim məni buna vadar edirsə, onu qucaqlayıb özümlə birgə pəncərədən atardım. Özümü pəncərədən niyə atırdım ki. Uzaqbaşı gedib evimdə oturardım, bayıra çıxmazdım. Kəlbəcərin işğalından 4 ay qabaq mənim istefa barədə ərizəm var idi. İsa bəy Allah şahididir, dedi, əgər sən istefa versən, mən də gedəcəyəm. Dedim, İsa bəy, hamımız birdən getsək, onda hökumət birdən çökər. Ancaq Kəlbəcər gedəndən sonra artıq son qərarımı verdim. Bir neçə amil var idi, üst-üstə yığılırdı. Artıq mənim təkliflərim qəbul olunmadı. İstədilər məni daxili işlər naziri kimi bir müqəvvaya çevirələr. Onu da mən qəbul edə bilməzdim. Gəlirdim Prezident Aparatına, saat 4-dək qəbul olunmurdum. Mən özümə hörmət qoyan adamam. Ona görə də istefa verdim. Ancaq bu istefa birbaşa Kəlbəcərin işğalı ilə bağlı deyildi. Əksinə, Kəlbəcər uğrunda döyüşərdik də, alardıq da”.
İ.Həmidov istefa ərəfəsində DİN-də deyil, “Azərnəşr”in binasında oturması barədə deyilənlərə də reaksiya verdi: “Bunun səbəbini Əbülfəz bəy də, Pənah bəy də bilirdi. Kəlbəcərdən 45 min nəfər didərgin düşmüşdü. Biz onların nümayəndələrini nəşriyyatda qəbul edib dinləyirdik, sakitləşdirirdik və yerləşdirirdik. Bizim milli hakimiyyət haqqında heç vaxt kəlbəcərlilərin mənfi sözü olmadı. Mən onda vəzifə səlahiyyətlərimi birinci müavinimə həvalə etmişdim və qaçqınların yerləşdirilməsi ilə məşğul idim. Bir də ki, kəlbəcərlilər də durur, Pənah bəy də, digərləri də. Orda partizan dəstələri təşkil etdik. İstədiyiniz zaman partizan hərəkatında iştirak etmiş şəxslərdən 10-15 nəfərini sizinlə görüşdürə bilərəm. DİN-də oturub bu işləri təşkil etmək mümkün deyildi”.