İnsanlara hürriyət, millətlərə istiqlal!

İşgəncə görən hərbçilərə çağırış: kimlər ifşa olacaq? Partiya lideri CANLI-da

553 09.02.2022 16:06 Gündəm A A

Bakı 8 erməni terrorçunu Fransa prezidenti Makronun xahişi ilə Ermənistana təhvil verdikdə İlham Əliyev də şərt irəli sürdü. Bildirdi ki, Ermənistan da 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların basdırıldığı kütləviz məzarlıqların yerini göstərməlidir. Bu şərtə Ermənistanın öncə razılaşdığı deyilirdi, sonradan Ermənistan XİN bunu təkzib etdi. 8 erməni terrorçu üçün İlham Əliyevə xahiş edən Makron Ermənistanı kütləviz məzarlıqları göstərməyə çağıracaqmı, məcbur edəcəkmi?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçirilməsinə münasibət bildirib. Çavuşoğlu deyib ki, görüşün Vyanada keçirilməsini Ermənistan təklif edib. Azərbaycan ictimaiyyəti, siyasətçilər, politoloqlar Türkiyə ilə Ermənistanın arasında aparılan danışıqların müsbət yekunla bitəcəyinə inanırlarmı?

Baş Prokurorluq "Tərtər işi"ndə isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur", - məlumatda vurğulanıb. Bu proses necə yekunlaşacaq?

TVMusavat-ın saat 16:10-da canlı efirində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə gündəmi dəyərləndiririk. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR