İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğalçı ölkədən şok xəbər: Gürcüstandan Ermənistana aparılan “İqla” zenit-raket qurğusu ələ keçirildi - (VİDEO)

9062 22.03.2017 16:07 Son xəbər A A

Seçki ərəfəsində gərgin dövrünü yaşayan Ermənistan gömrüyündə sensasion qaçaqmalı aşkarlanıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın milli təhlükəsizlik xidməti Gürcüstandan ölkə ərazisinə “İqla” zenit raket qurğusunun keçirilməsinin qarşısnı alıb. Xidmətin mətbuat xidmətinin məlumatına görə, operativ əməliyyat-axtarış tədbirləri nəticəsində quraşdırma qurğusu və “9M39” raketi aşkarlanıb.

Faktla əlaqədar cinayət işi qaldırılıb və iki Ermənistan vətəndaşı saxlanılıb. Qanunsuz silah dövriyəsində digər şəxslərin iştirakı araşdırılır.

Hər halda seçkiyə on gün qalmış ölkəyə silah, özü də zenit-raket qurğusunun gətirilməsi maraqlı məsələdir.

Qeyd edək ki, bundan əvvəl avtomat silahdan açılan atəş nəticəsində bir neçə nəfər xəstəxanalıq olub.

Cavid TURAN,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR