İnsanlara hürriyət, millətlərə istiqlal!

"İşğalçı Ermənistan necə murdar olduğunu bir daha göstərdi" - paytaxt sakinlərindən etiraz VİDEOSORĞU

1238 12.10.2020 22:50 Reportaj A A

Oktyabrın 10-u saat 12:00-dan etibarən Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs rejimi elan olunub. Lakin buna baxmayaraq işğalçı ölkə öz məkrli əməllərindən əl çəkmir.

Düşmən atəşkəs elan olunan dəqiqədən etibarən dayanmadan təxribatlar törədir.

Ötən gün isə qədim şəhərimiz olan Gəncədə baş verən qətliam bu təxribatların son həddi oldu. Ermənistan ərazisindən endirilən raket zərbəsi nəticəsində 10 nəfər həlak oldu, 34 nəfər isə yaralandı.

Bu gün - atəşkəsin üçüncü günündə də ermənilər cəbhənin müxtəlif istiqamətlərindən atəş açıblar. İşğalçı ölkə əsasən yaşayış məntəqələrini, uşaq bağçalarını, məktəbləri hədəfə alıb.

Görünən tərəf odur ki, Ermənistanın danışıqlar yolu ilə atəşkəsə razılaşması sadəcə hiylədən başqa anlam daşımır.

Bəs görəsən, Bakı sakinləri atəşkəslə bağlı nə düşünür?

“TV Musavat”-ın reportyor qrupu olaraq suallarımızı paytaxt sakinlərinə ünvanladıq.

Daha ətraflı videoreportajdan izləyə bilərsiniz.



Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR