İnsanlara hürriyət, millətlərə istiqlal!

İSAXAN AŞUROV TORPAĞA TAPŞIRILIB (YENİLƏNİB + FOTOLAR)

6567 28.06.2012 12:35 Son xəbər A A

Əməkdaşımızın dediyinə görə hüquqşünası son mənzilə yola salmaq üçün yaxınları, silahdaşları və ictimai-siyasi xadimlər İ.Aşurovun ata yurduna gedib: “Artıq bir saat olar ki, İsaxan Aşurovun nəşi ata yurduna gətirilib. Hüquqşünasın yaxınları, dostları, həmkarları, jurnalistlər də buradadır. Eyni zamanda Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər – Gülağa Aslanlı, Tofiq Yaqublu, Elman Fəttah da yas mərasimində iştirak edir. Təxminən bir saatdan sonra İsaxan Aşurov doğulduğu Faxralı kəndində torpağa tapşırılacaq”.

Xatırladaq ki, İ.Aşurov Müsavatını üzvü olub.

Mərhum vəkul 1955-ci il avqustun 1-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-nin Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi çalışmağa başlayıb. Vəkillər Kollegiyasının üzvü olub. Ailəlidir, 4 övladı var.

***

Reportyorumuzun verdiyi xəbərə görə tanınmış vəkil İsaxan Aşurov dəfn olunub.

***

Mərhum hüquqşünas, ictimai-siyasi xadim İsaxan Aşurov vəsiyyət edibmiş ki, onun dəfnində şair Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri oxunsun.

“Media forum” saytı xəbər verir ki, İsaxan Aşurovun bu vəsiyyətinə əməl olunub. İyunun 28-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində keçirilən dəfn mərasimində “Qara paltarlı qadın” şeiri oxunub.

Mərasimdə İsaxan Aşurovun yaxınları, dostları, həmkarları, siyasətçilər, jurnalistlər iştirak ediblər.

Vida mərasimində çıxış edən siyasətçilər Hikmət Hacızadə, Sülhəddin Əkbər, Gülağa Aslanlı, Tofiq Yaqublu, hüquqşünas Adil İsmayılov, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov İsaxan Aşurovun keçdiyi həyat yolundan, onun demokratiya uğrunda mübarizəsindən danışıblar. Natiqlər İsaxan Aşurovu peşəkar hüquqşünas, ləyaqətli, şərəfli həyat yaşamış səmimi bir insan kimi xarakterizə ediblər.

Elmin BƏDƏLOV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR