İnsanlara hürriyət, millətlərə istiqlal!

İsa Yaşar Tezel ona qarşı saxtakarlıq olunduğunu bəyan etdi: “Qəsb edilmiş haqqımızı geri qaytaracağıq”

1418 01.04.2019 19:55 Dünya A A

Dünən Türkiyədə keçirilən bələdiyyə seçkilərində hər kəsin gözü böyük şəhərlərdə gedən rəqabətə çevrilsə də, Azərbaycan ictimaiyyətinin ürəyi İqdır vilayət mərkəzinin merliyi uğrunda yarışmaya yönəlmişdi.

Çünki burada hər kəsin yaxından tanıdığı, hörmət etdiyi və sevdiyi, Milliyətçi Hərəkat Partiyasının və Cümhur İttifaqının namizədi İsa Yaşar Tezel PKK terror təşkilatının siyasi qanadı HDP-yə qarşı mücadilə göstərirdi.

Axşam saatlarında bütün televiziyalar İsa Yaşar Tezelin qələbəsini bildirsələr də, gecə birdən-birə nəticələr kəskin şəkildə dəyişdi və HDP-nin namizədi Yaşar Akkuşun qalib gəldiyi elan olundu.

Bununla bağlı olaraq İsa Yaşar Tezel facebook səhifəsində bəyanat yayıb.

Həmin bəyanatda İsa Yaşar Tezel vurğulayıb ki, onu saxtakarlıq etməklə uduzdurublar: “Mən ədliyyə və daxili işlər nazirlərinə müraciət edirəm: Cümhur İttifaqı İqdırda siyasi sui-qəsdə qurban getmişdir".

Eyni zamanda, İsa Yaşar Tezel qeyd edib ki, seçki prosesində ona qarşı törədilənlər, o cümlədən də bəzi şəxslərin davranışları dövlətə və Cumhur İttifaqına xəyanətdir.

İsa Yaşar Tezel bəyanatında onu da vurğulayıb ki, seçkilərin nəticələrini saxtakarlıqla dəyişdirmək istəyənlər öz niyyətlərinə çatdıqlarını qətiyyən düşünməsinlər: “Biz bütün etirazlarımızı vilayət seçki komissiyasına sübutlarla birlikdə təqdim edəcəyik. Qəsb edilən, oğurlanan haqqımızı təkrar əldə etmək üçün hər cür hüquqi mübarizəmizi sürdürəcəyimizi bütün Türkiyəyə və qiymətli İqdır xalqına elan edirəm”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR