İSA QƏMBƏRİN MİSSİYASI
Artıq qurultay qərarından dərhal sonra məsələ siyasi gündəmin ən yuxarı küncündə qərar tutub və geniş müzakirələrə, şərhlərə yol açıb. Bu da şübhəsiz, partiyanın cəmiyyətdəki nüfuzu və ona ictimai diqqətin böyük olması ilə, habelə toplumun Müsavatdan gözləntiləri və İsa Qəmbər fenomeni ilə bağlıdır.
Məsələnin həssaslığı həm də ondadır ki, müstəqilliyini bərpa edən Azərbaycanda Müsavat ilk başqan dəyişikliyinə gedəcək. Nəzərə alanda ki, postu tərk edən İsa Qəmbər kimi xarizmatik və bənzərsiz şəxsi keyfiyyətlərə malik təcrübəli siyasətçidir, o zaman şərti desək, post-İsa Qəmbər dövrü ilə bağlı yaşanan müəyyən nigarançılıqlar əsaslı sayıla bilər.
Əlbəttə ki, Allahdan başqa əbədi heç nə yoxdur. Nə vaxtsa İsa Qəmbər də rəhbərlikdən getməli idi və gedəcək. Müsavatçılara yeniliklə barışmaq çətin olsa belə. Ancaq Rəsulzadənin partiyası öz yoluna, öz hədəfləri uğrunda dinc siyasi mübarizəyə davam etməlidir. Başqan dəyişikliyi eyni zamanda Müsavatın bir çox demokratik ilklərə imza atan, yeniləşən və dinamik inkişafda olan, sağlam daxili ab-havaya malik və avtoritarizmdən uzaq dünya görüşlü bir partiya olduğunun növbəti təsdiqinə çevrilməlidir.
Hərgah İsa bəy nə qədər desə də ki, o, yalnız “başqanlıqdan gedir, Müsavatdan, siyasətdən yox”, aydındır ki, Müsavat əvvəlki Müsavat, başqan əvvəlki statusda başqan olmayacaq. Çünki xələf öz sələfini tezliklə bütün parametrlər üzrə əvəzləyə bilməz (O da var ki, İsa Qəmbərin yeni başqanın arxasında dayanması bu boşluğu asanca doldura bilər).
Təzə başqanı sözsüz ki, qurultay müəyyən edəcək. Əsas odur ki, dəyişmə sivil qaydada reallaşsın. Əminik ki, demokratik ənənələrə malik partiyada belə də olacaq. Əks halda, altını partiya, onun imici, iddiaçıların özləri və İsa Qəmbər çəkə bilər. Şəksiz, ictimai və ümummüxalifət maraqları da o halda zərbə yemiş olacaq. Buna isə yol vermək olmaz.
O üzdən bütün iddialılar tarixi məsuliyyətini anlamalı, başqanlıq uğrunda mübarizəni Müsavata, milli-mənəvi dəyərlərimizə xas tərzdə aparmalıdırlar. Nəticə bilinəndən sonra isə məğlub qalibin əlini sıxmağı bacarmalıdır. Müsavat və onun hədəfləri, müxalifət və onun maraqları naminə. Nəhayət, qurultayın iradəsinə hörmət olaraq. Bunlar olacaqsa, qalan problemlər ikinci dərəcəlidir.
Ən başlıcası, qarşıdakı olay ölkədə gözlənilən islahatlar və demokratikləşmə prosesi hesabına getməməlidir, Müsavatda və demokratik düşərgədə bölücülüyə yox, konsensusa xidmət eləməlidir. Öyüd kimi çıxmasın, düşərgənin diqqətinin əsas hədəfdən yayınmasına gətirməməlidir.
Bu xüsusda yaxşı olar ki, seçki sonrası gərginliyi aradan qaldırmaq, partiyadaxili konsolidasiyanı təmin eləmək üçün səsvermədə ikinci yeri tutan iddiaçının Müsavatın yeni Məclisinin sədri olması ilə bağlı öncədən razılıq əldə edilsin. Bu, başqan dəyişikliyindən sonra partiyada izafi dartışmaları xeyli əngəlləyər, təşkilatın gücünün boş yerə xərclənməsini önləyərdi.
Onsuz da İsa Qəmbər partiyadan uzağa getməyəcək və təzə başqan hələ xeyli müddət onun kölgəsində qalası olacaq. Yəni de-fakto Müsavatın lideri, əsas birləşdirici fiquru yenə İsa Qəmbər olacaq - partiyanın gücünə həmişəki gücünü qatmaqla.
İkinci yandan, başqanlıqdan getsə də, İsa Qəmbər ölkənin demokratikləşmə missiyasının liderliyindən getməyəcək. Bu missiya hələ bitməyib. Odur ki, post-İsa Qəmbər dövrü əslində İsa Qəmbər dövründən ciddi fərqlənməyəcək. Yenə İsa Qəmbər harda, siyasətin mərkəzi də orda olacaq...