İSA QƏMBƏRİN GÜNAHI
Bu istefanın səbəbləri, onun doğuracağı nəticələr, istefa verənlərin özlərinin arqumentləri, söylədikləri fikirlər isə bir çoxlarının çörəyinə yağ sürtüb. Bu istefalardan sevinən tərəfin sevincinə sevinc qatmaq yarışı başlayıb sanki.
Hətta Azərbaycanın bugünkü durumuna görə də Müsavat Partiyasının başqanı İsa Qəmbəri ittiham edənlər tapılır. Olsun, bu da bir tarixdir və hər kəsin yazdığı, söylədiyi, tutduğu mövqe yaxşı-pis tarixdə qalacaq.
Mən qətiyyən o fikirdə deyiləm ki, İsa Qəmbər də daxil kimlərsə ömürlük toxunulmaz elan olunmalıdır, onların haqqında tənqidi fikirlər yazanlar, mənfi fikirlər söyləyənlər bağışlanılmaz günah sahibidirlər. Söhbət ondan gedir ki, hər kəsi tənqid, fəaliyyətini təftiş eləmək, düzlərini-səhvlərini göstərmək normal hal olsa da, həqiqətlərin təhrif edilməsi, vəziyyətin düzgün qiymətləndirilməməsi, insanların hətta eləmədiklərinə görə ittiham olunması və bütün uğursuzluqların baiskarı kimi göstərilməsi, hər kəsin haqqını yeməkdə suçlanması doğru deyil.
İbrahim İbrahimli Azərbaycan siyasətində ən çox dəyər verdiyim siyasətçilərdən biridir. Şəxsən mən bu qənaətdəyəm ki, əvvəlcədən MSK-ya getmək istədiyini bildirən İbrahim İbrahimli bu haqqını almalıydı. Ən azından İbrahim bəy həm də “AXCP-Müsavat” blokunun yaranması naminə bir çoxlarından fərqli olaraq deputatlığa namizəd olmaq istədiyi dairəni güzəştə getmişdi. Eyni zamanda o da doğrudur ki, İbrahim İbrahimlinin 2003-cü ildəki fədakarlıqları, məruz qaldığı işgəncələr unudulmamalıdır. Amma həmin tarixlərdə fədakarlıq edənlər, işgəncələrə, repressiyalara məruz qalanlar yalnız üzdə olan, tanınmış şəxslər idimi? Çoxumuzun tanımadığı nə qədər sıravi insanlar, heç bir partiyanın üzvü olmayan adamlar haqqın yanında olduqlarına, demokratiyanın bərqərar edilməsinə, ölkədə normal hakimiyyət qurulmasına çalışdıqları üçün işgəncə maşınından keçirildilər, işlərini itirdilər, hər yerdə təzyiqlərə məruz qaldılar.
2003-cü ildə baş verənlər isə bir şəxsə, bir liderə, bir partiya sədrinə görə edilən fədakarlıq deyildi. Həmin vaxt İsa Qəmbərin dəstəklənməsi ölkədə demokratiyanın qurulmasının, haqqın, ədalətin bərpa olunmasının, dövlətin möhkəmlənməsinin, inkişafının, hamının hüquqlarının qorunmasının dəstəklənməsi idi. Ona görə də heç kəs İsa Qəmbərə minnət qoyaraq, “mən sənə görə işgəncəyə məruz qalmışam”, “sənə görə türməyə düşmüşəm, döyülmüşəm” və sair kimi iddialar irəli sürməməlidir. Bütün bunlar yalnız İsa Qəmbərə görə deyildi.
Müsavat Partiyasının, ümumilikdə müxalifətin bu neçə ildə istədiyini reallaşdıra, seçkilərdə qazanılan qələbələri rəsmiləşdirə bilməməsinin səbəbi heç də düzgün aparılmayan siyasətin nəticəsi deyil. Bu, qeyri-bərabər bir mübarizədə demokratiya qurmaq istəyənlərin bunun əksinə çalışanlara qeyri-bərabər şərtlər altında uduzması idi. Lideri o zaman ittiham edərlər ki, onun seçdiyi taktika, apardığı kampaniya, müəyyənləşdirdiyi mübarizə üsulları məğlubiyyətə səbəb ola. Amma hər kəsin real vəziyyəti bildiyi halda, hansısa insanların haqq etmədikləri səviyyə və tərzdə ittiham olunması, yumşaq desək, həqiqət deyil və tarixin, tarixi şəraitin kobud, qərəzli, hansısa qüvvələrdən umacaqlı şəkildə təhrif olunmasıdır.
Haqq bildiyin iş uğrunda hansısa qeyri-bərabər döyüşü uduzmaq hələ birmənalı şəkildə məğlubiyyət deyil və bunun az qala cinayət sayılması insafsızlıqdır.
13 əsr əvvəl Kərbəla çölündə haqq bildiyi iş uğrunda qeyri-bərabər döyüşdə məğlubiyyətə uğradığına görə heç kim İmam Hüseyni qınamır. Əksinə, onun və tərəfdarlarının bu hərəkəti əsrlərdir ki, bir nümunəyə və örnəyə çevrilib.