İnsanlara hürriyət, millətlərə istiqlal!

İş üçün İsveçə gedən qadın iki ay səfil durumda qalıb

1033 11.02.2024 16:35 Dünya A A

Almatı sakini Səltənət A. işləmək üçün İsveçə gedib və iki ay küçələrdə səfil vəziyyətdə yaşayıb.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, səyahət agentliyi ona İsveçə gələn kimi ona işlə təmin olunacağını vəd edibmiş. Nəticədə xarici ölkədə sağ qalmaq üçün qadın metroda butulka yığmağa məcbur olub.

Bildirilir ki, Səltənətin durumunda olan daha 12 belə qurban var. Ancaq turizm agentliyi onların taleyinə görə hər hansı məsuliyyəti daşımaqdan imtina edir.

Səyahət agentliyinin günahı üzündən Almatı sakininin başqa ölkələrə səyahət etmək hüququna ömürlük qadağa qoyulub. Agentlik qadını İsveçdə yüksək ödənişli işlə təmin edəcəyinə söz versə də, şərtləri yerinə yetirməyib.

Qadın səyahət agentliyi ilə iki ay əlaqə saxlaya bilməyib. Vətəninə qayıtmaq üçün pulu olmayan qadın qeyri-qanuni mühacir olub. Nəticədə o, İsveçdən deportasiya olunub.

Səltənət A.-dan başqa turizm agentliyinin fəaliyyətinin qurbanı olan 12 nəfərin bəziləri konsulluqlar tərəfindən rədd edilib.

Onlardan göstərəcəyi xidmətə görə tam məbləği alan səyahət agentliyi bildirib ki, müştərilər turist vizasının işə aid olmadığını bilə-bilə seçimi özləri ediblər, ona görə də agentlik qanun qarşısında təmizdir.

“Onun mülki hüquqları var və heç kim bu hüquqları pozmur, əgər haqqını tapdadığımıza inanırsa, şikayət edə bilər. Qoy hüquq-mühafizə orqanlarıyla, məhkəmə ilə əlaqə saxlasın”, - deyə turizm agentliyinin baş direktoru Jakşılıq Asanov bildirib.

Qalan 12 nəfər isə elə də edib: polisə, prokurorluğa ərizə yazıblar. Təhiqiqat aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR