İnsanlara hürriyət, millətlərə istiqlal!

İrlandiya Rusiya üçün yeni casusluq mərkəzinə çevrilib - “The Times”

536 13.02.2021 17:38 Dünya A A

İrlanidya Təhlükəsizlik xidməti paytaxt Dublinin cənubunda Rusyia səfirliyinin yeni binasaının tikintisini yoxlamaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” qəzetində maralqı məqalə dərc olunub.

Qəzetin informasiyasına əsasən, hələ 2018-ci ildə İrlandiya hökuməti rusların şəhərin Ratqar bölgəsində, Oruell-roud rayonundakı kompleksini genişləndirmək barədə istəyini rədd ediblər. Rusiya diplomatik idarəsinin səfirlik binasını 2 min kvadrat metrdən 10 min kvadrat metrə qədər artıraq istəməsi irlandları şübhələndirib və onlarda bu binanın əsində kəşfiyyat məlumatlarının toplanması bazası kimi istifadə olunacağı əminliyini yaradıb.

Rusların 23 avtomobil üçün nəzərdə tutulan geniş yeraltı dayanacaq qurması rəsmi Dublinin xoşuna gəlməyib. Çünki səfirliyin həyətində avtomobillərin saxlanılması üçün daha geniş meydança mövcuddur.

photo_2021-02-13_15-59-23.jpg (109 KB)

Hərbi və kəşfiyyat ekspertlərinin fikrincə, Rusiya üçün Dublin səfirliyi əsasən məxfi informasiyaların toplanaraq ötürülməsi məntəqəsi rolunu oynayır. Rusiyanın Avropada bu cür bir neçə məxfi bölgələri mövcuddur. Məsələn, RF-nin Praqadakı səfirliyi Almaniyadakı əməliyyatların həyata keçirilməsi üçün hazırlıq nöqtəsi funksiyasını yerinə yetirir. Dublin isə Böyük Britaniya, Fransa və Hollandiya kimi ölkələrdə casusluq fəaliyyətinin aparılması məqsədilə ideal mərkəz sayılır.

Rusiya üzrə tanınmış ekspertlərdən, London Krallıq institunun əməkdaşı Mark Qaleotti rəsmi Moskvanın müxtəlif ssenariləri həmişə planladığını qeyd edir. Onun fikrincə, İrlandiya Avropa Birliyinin üzvü olsa da NATO-ya daxil deyil. Bu isə həmin ölkədə kəşfiyyat fəaliyyəti üçün ruslara əlverişli mühit bəxş edir.

“The Times” İrlandiya respublikasında Rusiynın həm Xarici Kəşfiyyat Xidməti, həm də Baş Kəşfiyyat İdarəsi (hərbi-red.) simasında ciddi iş gördüyünü vurğulayıb. Rusların əsasən burada elmi texnologiayalar və araşdırmalar sahəsində çalışan insanları hədəf aldığı vurğulanır. Bundan başqa, səfirlik binasının özü şifrələmə, məlumatların ötürülmasi stansiyası funksiyasını yerinə yetirir. Diplomatik toxunulmazlığa malik olan səfirlik əməkdaşlarına isə (əslində kəşfiyyatçılar) müşahidəsiz binanın xaricinə çıxmasına izn verilmir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR