İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Laçın yolundakı aksiyaçılara ŞOK hədə - Xəyalı 92-yə gedən hayların NƏZƏRİNƏ!

3839 03.01.2023 15:49 Yazarlar A A

Daha Laçın yolu erməni kriminal tör-töküntülər üçün, müxtəlif çaplı fransız, amerikan, rusiyalı təxribatçılar üçün “su yolu” olmayacaq. Həmin yoldan separatçılar üçün cəzasız və arxayın şəkildə silah-sursat, hərbi texnika, minalar, əks istiqamətdə isə çapıb-talanan sərvətlərimizi daşımaq dövrü keçdi! Bunu ötən ilin əsas yekunlarından biri kimi əminliklə yaza bilərik.

Di gəl, erməni erməni olmazdı ki, öz əndazə aşan sürtüklüyündən, aşırı həyasızlığından asanca əl çəksin, xam xəyallarla yaşamağa davam eləməsin. Yazıq görkəmdə hamıya əl açıb diləndiyi, hamiya yalvardığı halda, özündən sırtıqcasına “əjdaha”, “qəhrəman” düzəltməsin.

Misal üçün, İrəvandakı İnsan İnkişafı Mərkəzinin sədri Tevan Poqosyan bildirib ki, Azərbaycan xoşluqla Laçın dəhlizini açmayacaq, odur ki, Ermənistan “artsax”a yolu özü açmalıdır.

Sitat: “Bizim iki ssenarimiz var: ya Bakıya qarşı belə bir qlobal təzyiq aləti yaratmaq ki, bunun ağır təsirini öz üzərində hiss etsin və ekoloqlarını oradan yığışdırmalı olsun, ya da dünyada heç kimin heç nə etmədiyi vəziyyəti xatırlamalıyıq və 1992-ci ildəki kimi özümüz özümüzə yol açmalıyıq”.

Poqosyana görə, ikinci ssenari Ermənistanda hər gün müzakirə olunmalıdır: “Və bir gün həyata keçirmək üçün buna hazırlaşmaq lazımdır”.

İşə bax. Sanki 44 günlük müharibədə, cəmi iki il öncə ordusu darmadağın edilən, özü daha miskin günə düşən Ermənistan deyil. Belə görünür, poqosyan təmsil elədiyi öz murdar tayfasına xoş gəlməyin başqa yolunu tapa bilməyib. Ya da Yeni ildə vurduğu erməni konyakının təsirindən çıxa bilmir. Yoxsa İrəvanda oturub özünü qəhrəman saymaz, “stəkanda fırtına” yaradıb sayıqlamazdı.

Bunun hədəsinə, başından yekə iddiasına bax. Əvvəla, ona üç barmağın məşhur konfiqurasiyasını göstərmək gərəkir. İkincisi, nəylə, hansı resursla Laçın və Şuşanı təzədən işğal edəcəksiz? Sözü havaya buraxmağa nə var. Məgər Laçın yolunda etiraz aksiyası keçirilən yer, oradakı ekoloqlarımız, digər iştirakçılar yiyəsizdirlər ki, rahatca ora hücum edə, terror törədəsiniz? Eləcə də ovucumuzun içində olan, silahlı qüvvələrimizin üzük qaşı kimi mühasirəyə aldığı Xankəndi. Ermənistanla şərti sərhəddəki strateji mövqe üstünlüyümüz də öz yerində...

Siz hələ gedin Bakı həbsxanalarında çürüyən erməni terrorçu-diversantlarınızın dərdini çəkin. ABŞ-dan tutmuş Fransaya, Avropa Parlamentinədək, daha kimlər, hansı qurumlar onları buraxmağı bizdən tələb eləmədi ki. Amma çifayda. Özləri deyib özləri eşitdilər. Niyə?

Ona görə ki, Azərbaycan daha “banan ölkəsi” deyil. Düşmənin istənilən təxribatının, diversiyasının qarşısını anında, qətiyyətlə almağı qadir döyüşkən və təcrübəli orduya, o sırada komandoslara sahib, yetərli iqtisadi potensiala malik güclü dövlətdir.

Fantaziyaları, ağılları gedib 1992-ci ilə. “Yaralarını yalamaq” əvəzinə, utanmazcasına yenə bizə “xox” gəlirlər ki, Şuşa və Laçını guya yenidən işğal edə bilərlər. Qulaqlarınızın dibini görəndə bunu da görərsiniz! Guya o vaxt Laçın və Şuşanı döyüşlə alıbmışlar. Beləcə, özlərinə növbəti saxta qələbə uydurub illərdir beləcə, təzə-köhnə miflərlə yaşayırdı nəfəsi də yalandan gedib-gələn saxtakar millət...

Hamı bilir ki, həmin iki strateji əhəmiyyətli rayonumuz uğrunda o vaxt Azərbaycan tərəfdən ciddi müqavimət olmayıb. Ermənilər sadəcə, Azərbaycandakı qarışıqlıqdan, hakimiyyət uğrunda gedən mübarizədən, hakimiyyət dəyişikliyindən və xəyanətdən məharətlə istifadə ediblər. Bir də əlbəttə ki, İran antiislam rejiminin müsəlman Azərbaycana satqınlığı nəticəsində (Şuşa işğal ediləndə Tehran “vasitəsi” rolunda idi!) keçmiş Dağlıq Qarabağdan Ermənistana “quru yolu” aça bilmişdilər.

O dövran da keçdi. Azərbaycan xalqı başına gələnlərdən artıq dərs götürüb. Artıqlaması ilə. Təəssüf ki, ermənilər dərs götürməyə tələsmirlər. Əksinə, poqosyanların sayıqlamalarından belə qənaət hasil olur ki, onlar növbəti “dəmir şapalaq”lar üçün möhkəm darıxırlar.

Lənət şeytana. Bunca canlı, maddi itkilər bəs eləmədimi? Gərəsən bu mənfur topluma nə vaxt çatacaq ki, üzləşdiyi irili-xırdalı problemlərdən qurtulmağın yeganə yolu yad torpaqlara göz dikməkdən əl çəkib də Azərbaycanla təcili sülh müqaviləsi imzalamaqdır?

Cənab haylar, özünüzü cırsanız da, ayrı çıxış yolunuz qalmayıb, yoxdur, olmayacaq! Möcüzə-filan da olmayacaq. “Dəmir qapaz”lar isə olacaq! Nə qədər istəsəniz. Ta ki, ağıllananadək...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR